ABŞ İraqdakı hərbçilərinin sayını təxminən 40 faiz azaldır

ABŞ İraqdakı hərbçilərinin sayını təxminən 40 faiz azaldır

ABŞ İraqdakı hərbçilərinin sayını azaldacaq.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlər üçün brifinq zamanı Ağ Evin mətbuat katibi Keyli Makineni deyib.

K.Makineni bildirib: "Prezident (Donald Tramp - red.) və Pentaqon bu gün İraqdakı hərbçilərimizin sayının azaldılmasını elan edirlər".

Onun sözlərinə görə, İraqdakı ABŞ hərbçilərinin sayı 5,2 mindən 3 min nəfərədək azaldılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə