Rusiyanın paytaxtında ötən sutka ərzində yeni növ koronavirusdan daha 14 nəfər ölüb

Rusiyanın paytaxtında ötən sutka ərzində yeni növ koronavirusdan daha 14 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 14 nəfər ölüb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 14 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4947 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə