Türkiyənin generalı həyatını itirib

Türkiyənin generalı həyatını itirib

Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələrinin general-mayoru Sezgin Erdoğan həyatını itirib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Sezgin Erdoğan vəzifəsini icra edərkən səhhəti pisləşib və xəstəxanaya aparılıb.

Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə