“Ermənistan hakimiyyəti xalq üçün heç bir şey etmir” Arsen Babayan

“Ermənistan hakimiyyəti xalq üçün heç bir şey etmir” Arsen Babayan

Ermənistanın hakimiyyət rejimindəki dəhşətlər dayanmır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Rodina” partiyasının idarə heyətinin üzvü Arsen Babayan öz Facebook səhifəsində yazıb.

“Bu günlərdə mən qeyd etmişdim ki, Ermənistanın hakimiyyət rejimində və Paşinyan xuntasında çaxnaşma hökm sürür və insanları hər üç partiyanın fəaliyyətinin təsirsiz olduğuna inandırmağa çalışırlar.

“Çiçəklənən Ermənistan”, “Daşnaksütyun” və “Vətən” partiyalarının birgə işinin gücü, əlbəttə ki, hər gün faktlarla, xalq üçün yeni təşəbbüslərimizlə təsdiqlənir. Yeni təşəbbüslərimizdən hər hansı biri bir daha təsdiqləyir ki, hakimiyyət, onları hakimiyyətə gətirən insanlar, xalq üçün heç bir şey etmir”, deyə Arsen Babayan öz səhifəsində yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə