Rusiyada koronavirusa yoluxanların sayı 1 milyonu ötüb

Rusiyada koronavirusa yoluxanların sayı 1 milyonu ötüb

Rusiyada son sutka ərzində daha 5218 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. SİA xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1 milyon 41 min nəfəri ötüb.

Son sutka ərzində 142 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 18 135 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə