Fransa Prezidenti Emmanuel Makronun aralarında Yunanıstan və Cənubi Kiprin də olduğu Cənubi Avropa Birliyi Forumunda Türkiyə mövzusunu gündəmə gətirəcəyi və Şərqi Aralıq dənizində yaşanan gərginliyi müzakirə edəcəyi qeyd edilib. "Euronews xəbər verir ki, Elysee Sarayından verilən açıqlamada cümə günü Fransanın Korsika adasında keçiriləcək Forumuna üzv ölkələr olan Fransa, İtaliya, İspaniya, Portuqaliya, Malta, Cənubi Kipr və Yunanıstan iştirak edəcək.
İclasın əsas mövzusu "Avropa Birliyi ilə Türkiyə arasındakı münasibətlərin yaxşılaşdırılması istiqamətində müzakirələr ola bilər", deyilib.
Açıqlamada Şərqi Aralıq dənizindəki gərginliklər daxilində baş verən Forum müzakirələrində Türkiyənin Avropa Şurası ilə münasibətləri mövzusunda 24-25 sentyabr tarixləri arasında qərar verəcəyi vurğulanıb.
Fransa Prezidentinin Yunanıstan ilə Türkiyə arasındakı gərginliyin əsnasında Yunanistan Baş naziri Kriakos Miçotakis ilə də xüsusi bir görüş keçirəcəyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB