Yəmənin Taiz şəhərində polis nümayişlərin yatırılması zamanı etirazçılara atəş açıb, 10 nəfər yaralanıb. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata əsasən etiraz aksiyasının iştirakçıları Təhsil Nazirliyinin binasının girişini bağlamaq istəyən zaman təhlükəsizlik qüvvələrinin əməkdaşlarının hücumuna məruz qalıb. Təhlükəsizlik qüvvələri əksəriyyətinin tələbə və müəllimlər olduğu etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Fəallar imtahan vaxtlarının dəyişdirilməsini tələb ediblər.
Nümayişçilərin çoxu hökumət əleyhinə şüarlar səsləndirib. 1978-ci ildən Şimali Yəmənin prezidenti olan Salehin istefasını tələb edən hökumət əleyhinə nümayişlər fevralın əvvəllərində başlayıb. Qərb mətbuatının məlumatına görə, iki ay davam edən nümayişlərdə 120 nəfərdən çox insan həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB