Koronavirusa yoluxanların sayı 45 minə çatdı - Ermənistanda

Koronavirusa yoluxanların sayı 45 minə çatdı - Ermənistanda

Ermənistanda son sutka ərzində 108 koronavirusa yoluxma faktı aşkarlanıb.

SİA-nın məlumatına görə, bununla da ölkədə infeksiya daşıyıcılarının sayı 44 min 953-ə yüksəlib.

Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ölənlərin sayı 903 nəfər təşkil edir.

Xəstəlikdən sağalanların ümumi sayı isə 40 min 592 nəfərdir. Hazırda 3 min 182 nəfərin müalicəsi davam edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə