Azərbaycanın gücü qarşısında Paşinyan çıxış yolu axtarışında….
Saxtakarlıq, yalan danışmaq ermənilərin qanında olmasını siyasətçilər, dahilər tərəfindən dəfələrlə deyilib və sübut edilib. Əslində, bu, çoxları üçün yenilik olmasa da, erməni baş nazir Nikol Paşinyan üçün hələ də anlaşılmazdır. Belə ki, küçə “demokratı”nın yalyanlar üzərində qurduğu utopik xəyalarını erməni xalqının başına yeridərək Ermənistanı “inkişaf etmiş ölkələr sırasına çıxaracağam” vədləri elə vədlər olaraq qaldı. Verilən vədlərə, yalanlara diqqət yetirək: Paşinyan deyirdi ki, “2019-cu ilin sonuna qədər Ermənistan iqtisadi artım baxımından ilk onluğa daxil olmasa da ilk 15 ölkə arasında yer alacaq". Bu sözləri Nikol erməni sahibkarlar üçün yeni il qəbulu zamanı bəyan etmişdi. Söylədiyi yalandan cuşa gələn baş nazir Ermənistanın başa çatmaqda olan ildəki göstəricilərinin, nəinki Cənubi Qafqazda, hətta dünya ölkələri arasında da «rekord» qırdığını bildirirdi. “Novosti Armeniya” saytı Paşinyanın fikirlərindən sitat gətirib: “Ermənistan tərəfindən həyata keçirilən “bu uğur” nəinki Avrasiya İqtisadi Birliyi, hətta MDB ölkələri arasında ilk göstəricidir. Mən yüksək ehtimalla, iqtisadi artım baxımından Ermənistanın Avropada liderlər sırasında olacağına da şübhə etmirəm".
Göründüyü kimi, Paşinyan baş nazir seçildikdən bu günə kimi, ancaq və ancaq sərsəm bəyanatlar və yalan vədlər verməklə, hakimiyyətdə olmaq müddətini uzatmağa çalışır. Çünki dövlətçilikdə naşı olan Paşinyanın küçə yürüşlərinin səfasını görmüş əhali onun səriştəsizliyindən özünə sərf şəkildə davamlı istifadə etdiyinin artıq görür və onun çıxışlarında vurğulanan məsələlər, komandasında baş verən son istefalar da bunun bariz nümunəsidir.
Görünən odur ki, iki il əvvəl hakimiyyətə gələn yeni qüvvələr əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Onlar da Ermənistanı xarici yardımların hesabına yaşadırdı, Paşinyan da və s. Onu sələflərindən fərqləndirən yeganə cəhət Dağlıq Qarabağdakı erməni icmasının Ermənistanda hakimiyyətdə olan nümayəndələrinə qarşı mübarizəsidir. Başqa sözlə, “Qarabağ mafiyasına” qarşı mübarizə ilə Paşinyan siyasi reytinqini artırmağa və hakimiyyətinin ömrünü uzatmağa çalışır. Məhz Paşinyan iqtidarının yarıtmaz siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması səbəbindən təcrid vəziyyətinə düşmüş Ermənistan inkişafdan geri qalır. Ölkədə əhalinin sayının ildən-ilə azalması elə həddə çatıb ki, bu gün "ordu" deyilən məfhum yox dərəcəsindədir.
“Qurtuluş muzdlu könüllülərdir” sərsəm düşüncə girdamında…
Bu Paşinyanın nə birinci, nə də sonuncu addımıdır. Küçədən hakimiyyətə gələn Nikol Paşinyanın bu sərsəm bəyanatları isə, artıq ölkədə gərginliyi n son dərəcə artığı görünməkdədir. Sentyabr ayından Paşinyanın ətrafında çox ciddi dinamik şəkildə güclənməkdə olan müxalifət qüvvələri də küçə “demokratı”nın ölkənin iki il ərzində hər tərəfli çökdürdüyünü görərək, ona qarşı hiddətləri daha da artmaqdadır. Belə vəziyyətin baş verdiyi məqamda Paşinyanın «Müdafiə haqqında» qanuna dəyişikliklərin edilməsi müzakirə olunması, faktiki olaraq, məhz ölkədə müdafiəni təşkil edəcək insani resurslar, ordu, orduda nizam-intizamın zəif, ümumiyyətlə olmamasının göstəricisidir. Ona görə də Paşinyan elə zənn edir ki, yeni qanunda könüllülərin orduya cəlb olunması ilə işğalçı Ermənistanın ordusunu gücləndirmək olar. Ancaq bu, mümkün deyil.
Azərbaycanın Güclü ordusu, güclü büdcəsi – Paşinyanın aciz durumu…
Çünki Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!”.
Bir də, elə Paşinyandan belə sərsəm düşüncə gözləmək heç də təəccübli deyil. Çünki bu gün iqtisadi cəhətdən ağır durumda olan Ermənistana Paşinyan hansı vəsaitlə muzdlu qocaları toplamaq istəyir? Paşinyan gəldiyi gündən bu günə kimi, absurd fikirlər "carçısı" olub. Çünki xalq, ordu ənənəsi Ermənistanın tarixində, ümumiyyətlə olmayıb və belə olan halda “könüllülər”adı altında muzdluların və terrorçuların Ermənistan ordusuna cəlb etməsi və onların saxlanılması Ermənistan büdcəsinin öhdəsindən gələcəyi mümkünsüzdür. Həmişə olduğu kimi, Ermənistanın bu niyyəti də fiaskoya uğrayacaq. Çünki Paşinyan hakimiyyətə gəldiyi gündən öz şəxsi mənafeyini güdüb, ancaq hansı formada, hansı adla ordu yaratsa da Azərbaycan ordusu qarşısında aciz qalacağı ilə nəticələnəcək.
Bunu rəqəmlər də göstərir: ciddi iqtisadi problemləri olan Ermənistan bu günlərdə 2020-ci il üçün hərbi büdcəsini təsdiqləyib. Büdcə əvvəlki illə müqayisədə 25%-dək artırılıb. Ekspertlərin sözlərinə görə, gələn ilin hərbi büdcəsi təxminən 625 milyon dollar (ÜDM-in 4%-dən də az) olacaq. Müqayisə üçün Azərbaycanın hərbi büdcəsinə nəzər salsaq, görərik ki, Azərbaycanda bu rəqəm 2 milyard 260 milyon dollardır! Bu, Ermənistanın hərbi büdcəsindən təxminən 4 dəfə çoxdur. Göründüyü kimi, bu real faktordur ki, güclü ordusu qarşısında Azərbaycanın büdcəsi qarşısında Ermənistanın zəif büdcəsi hansı ordudan, hansı müharibədən dnışa bilər? Müharibə yenidən alovlanarsa, Ermənistan mütləq və mütləq məğlub olacaq.
Sadalanan bu faktlar bir daha sübut edir ki, Azərbaycanın güclü ordusu, güclü büdcəsi qarşısında Paşinyana «könüllülərin» də bir köməyi olmayacaq. Belə olan bir halda Paşinyanın israrla muzdlu ordu ilə təxribatlara əl atması bir daha Ermənistanın baş nazirinin nöbəti faşist xislətini nümayiş etdirmək olduğunu sübut edir.
Xatırlatmaq istərdim ki, Paşinyanın bu hərəkətinə qarşı, Ermənistan parlamentindəki çoxluq “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə razılıq verib və faktiki olaraq onu deputat toxunulmazlığından məhrum edib. Bununla da fraksiya lideri ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilmişdir. Bu fonda “Çiçəklənən Ermənistan” Partiyasının parlamentdəki “Tsarukyan” fraksiyasının üzvü olan deputatlar qanunverici orqanın iclasını boykot edərək zaldan çıxıblar.
Fraksiyanın deputatı Arman Abovyan isə öz çıxışında demokratik dəyərlərin bərpası üçün söz və fikir azadlığı şüarları ilə toplananların siyasi opponentlərin ağzını yummağa çalışdığına görə təəssüfləndiyini diqqətə çatdırıb.
Artur Vanetsyan: “Paşinyanın hakimiyyət dövrü Ermənistan tarixində qeyri-müəyyənlik, təbii dağılma və bədbəxtlik dövrü kimi qalacaq”
Ermənistanın “Vətən” Partiyasının sədri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan isə Paşinyanın hakimiyyət dövrü Ermənistan tarixində qeyri-müəyyənlik, təbii dağılma və bədbəxtlik dövrü kimi qalacağını bildirib. Onun sözlərinə görə, mövcud hakimiyyətin uğursuzluqlarından və məhvolmalarından daha vacib məsələ dağılmış iqtisadiyyatı bərpa etmək, məhv olan təhsil və sosial sistemləri yenidən yaratmaqdır: “Paşinyan tərəfindən məhv edilmiş istənilən sahəni yalnız iradə, idarəetmə qabiliyyəti və düzgün insanların mövcudluğu ilə bərpa etmək mümkündür”.
Baş verən son hadisələr fonunda Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması və onun öz siyasi baxışlarına görə, daha doğrusu öz fikrini azad şəkildə ifaəd etdiyinə görə məsuliyyətlə cəlb olunması işğalçı ölkədə baş verənlərin siyasi təqib olduğunu bir daha sübut edir.
Beləliklə, görünən odur ki, hazırda bu ölkədə hakimiyyət həqiqi işlə yox, avantüra ilə məşğuldur. İqtidar rəsmiləri yalnız populist çıxışlarla camaatın könlünü ələ almaq istəyirlər. Xalq isə bunları görür, etiraz edir. Bu fonda da işğalçı ölkədə ictimai-siyasi vəziyyət sürətlə gərginləşir. Paşinyanın son addımları artıq onun Ermənistanda bir diktator kimi qəbul edilməsinə gətirib çıxarmaqdadır. Lakin təəssüflər olsun ki, Qərbin demokratiya institutları - nə ABŞ Dövlət Departamenti, nə Avropa Şurası Parlament Assambleyası, nə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, nə ABŞ-ın, nə də Qərb ölkələrinin Ermənistandakı səfirlikləri baş verənlərə heç bir münasibət bildirmir.
Bu məqamda qeyd etmək istərdim ki, işğalçı ölkədə bu hadisələr indi bizim ölkədə yaşansaydı Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq antiazərbaycan siyasət yürüdən bəlli qruplar çoxdan artıq bizə qarşı təzyiqlərə başlamışdılar. Bu zaman özlərini demokratiya carçısı adlandıranlar Azərbaycanı uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə nail olmaq üçün əllərindən gələni edərdilər. Buna görə də belə qənaətə gələ bilərik ki, özünü demokratiya çətiri altında gizlədənlərin “demokratiya fəlsəfəsi” “Mənə işləyirsənsə, deməli demokratsan” tezisindən ibarətdir. Ermənistanda hansı vəziyyət olursa olsun, koronavirusdan da dəhşətli vəziyyət ola bilməz, ancaq Paşinyan “mən nə deyirəmsə, o da olmalıdır» sərsəm “düşüncə” nəinki onu, bütünlüklə ölkəni uçuruma aparmaqdarır.
Vigen Akopyan: “İstər insanları evdə saxla, istər saxlama, fərqi yoxdur, bu, anlaşılmaz bir vəziyyətdir”
Elə politexnoloq Vigen Akopyan da vəziyyətin yaxşı olmadığını bildirib. Qeyd edib ki, indiki halda Ermənistan hakimiyyəti harada olduğu və hara getmək istədiyi barədə sistemli anlayışa sahib deyil. O bildirib ki, hakimiyyət nəsə etmək istəyir, qabaqlayıcı tədbirlər görməyə çalışır, amma hazırda situasiya mövcud siyasi kursun əleyhinədir. Akopyanın sözlərinə görə, ölkədə fövqəladə vəziyyət elan edilib, karantin var, amma vəziyyətə nəzarət mümkün olmur: “İstər insanları evdə saxla, istər saxlama, fərqi yoxdur, bu, anlaşılmaz bir vəziyyətdir. Sistemli mexanizmin olmadığına məmurların açıqlamaları da şahidlik edir. Paşinyan bir söz deyir, komendant başqa söz, səhiyyə naziri isə bir ay öncə tam başqa tərəfdə idi, indi əksinədir və ümumiyyətlə, o, nə vaxt adekvat olub ki! Bu halda Ermənistanın sosial-iqtisadi durumunun daha da ağırlaşması müşahidə olunur. Bir şey aydındır ki, biz itirəcəyik. Biz hələ ən ciddi krizisi hiss etməmişik. Mən o fikirlə tam razıyam ki, bizi qarşıda əsl iqtisadi fəlakət gözləyir”.
Vigen Akopyan onu da bildirir ki, bu halda ordunun təminatında yaranacaq problemlər Ermənistanın təhlükəsizliyinə də birbaşa təsir edəcək: “Ən çox narahatlıq yaradan məqamlardan biri də Qarabağ münaqişəsi ilə bağlıdır. İndiki halda məsələ hərbi həll müstəvisinə keçsə, problemlər çox olacaq. Azərbaycan yenə güc nümayiş etdirir. Dünyanın başı isə koronavirusa qarışıb və məni narahat edən budur ki, indi savaş başlasa, ona diqqət yetirən, beləliklə də Azərbaycanı dayandıran olmayacaq”.
Erməni ekspertlərindən Paşinyana mesaj: “Münxen Təhlükəsizlik Konfransında bütövlükdə erməni təbliğat maşını dünyanın gözü qarşısında Azərbaycan Prezidentinə məğlub oldu”
Erməni ekspertlərinin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin təlimləri çox güclüdür. Əgər əvvəllər snayper təlimləri keçirirdilərsə, indi artıq artilleriya, tanklar və aviasiya tətbiq edirlər. Paşinyanın görünür “ağzı isti yerdədir”. Erməni ekspertləri bir daha küçə “demokratına” xatırladaraq bildirirlər ki, 1962-ci ildən keçirilən Münxen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu dialoq platformalarından biri sayılır. Və belə bir önəmli tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev sən Pavşinyana tarixi dərs verdi. Prezident İlham Əliyev çıxışında Dağlıq Qarabağ, eləcə də Azərbaycanın digər tarixi əraziləri, ö cümlədən İrəvanla, həmçinin Ermənistanın bir dövlət olaraq formalaşdırılması ilə bağlı tarixi faktlara söykənən tarixi çıxışı Ermənistan baş naziri sən Paşinyanın yalanlarını darmadağın etmədimi? Bu debatda, sadəcə, Ermənistanın baş naziri deyil, bütövlükdə erməni təbliğat maşını dünyanın gözü qarşısında Azərbaycan Prezidentinə məğlub olduğunu bir daha sübut etdi.
Bir sözlə, Ermənistanda vəziyyət çox kritik durumdadır, iqtisadi fəlakət səviyyəsində kataklizmlərin olması labüd görünür. Olmayan başını itirən Nikol Paşinyan ola bilər ki, bəlkə də siyası intihara ələ atsın. O zaman Paşinyan işğal altındakı Azərbaycan torpaqlarını geri qaytarılması və bunun qarşılığında Ermənistanın ilk addım olaraq ağır blokada vəziyyətindən çıxarılması onun məhvdən hifzinin yeganə çarəsi ola bilər. Hər halda, Ermənistan rəhbərliyi bu haqda dərindən düşünməli və obyektiv nəticələr çıxarmalıdır. Sonra gec ola bilər.
Gec olacağı təqdirdə ikinci variant-müharibə versiyası alternativsiz görünür. Ermənistan tərəfinin koronavirus pandemiyasının yaratdığı çıxılmaz iqtisadi böhran vəziyyətində bu varianta əl atması, yəni “kiçik müharibə”yə başlamaqla narazı kütlənin diqqətini ağır iqtisadi-sosial problemlərdın yayındırması istisna olunmur. “Böyük depressiya”nın təcrübəsi göstərir ki, ölkədə iqtisadiyyatın çökməsi millətçilik dalğasının yüksəlməsinə və “xarici düşmən” axtarışlarının intensivləşməsinə, əgər o varsa bu istiqamətdə avantürüst davranışlararın artmasına rəvac verir.
Beləliklə, bütün bu baş verənlər belə bir qənaətə gəlməyə imkan verir ki, COVİD-19 pandemiyasının təsiri altında Ermənistanın postpandemiya dövrü daha ağır və kəskin kataklizmlərlə müşayiət oluna bilər. Nəticədə Ermənistanın heç zaman olmadığı səviyyədə “qırğı” qiyafəsinə girməsi gözləniləndir. O zaman Paşinyanın sonrakı peşimançılığı fayda verməyəcək. Necə deyərlər “daldan atılan daş…” erməni xalqına növbəti zərbə olacaq!!!
Bəs, Ermənistanın faşist xislətli rəhbərliyi Paşinyanın düşdüyü labirintdən çıxış yolu varmı? Bəli, var. Bu yolu təxribat yolu yox, “muzdlu könüllülər” yığmaq yox, Ermənistanın yeganə nicat yolu işğal altında olan torpaqlardan rədd olub getmək!. Paşinyan bunun əksini edərsə, Sarkisyanın yolu ilə getmiş olacaq. Sözün bütün mənalarında... Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq. Artıq bü faktın gerçəkliyi göz önündədir...bu isə heç cür normal idarəetmə sistemi qura bilməyən Ermənistan hakimiyyətində xaosun açıq şəkildə özünü göstərdiyinin reallığıdır.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB