Koronavirusa yoluxanların sayı yenidən artdı - Türkiyədə

Koronavirusa yoluxanların sayı yenidən artdı - Türkiyədə

Türkiyədə yeni növ koronavirusa (COVID-19) gündəlik yoluxma və ölüm halında artım davam etməkdədir. SİA Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, sentyabrın 7-də ölkə üzrə 103 min 925 nəfər koronavirus testindən keçirilib. Onlardan 1703 nəfər xəstə çıxıb. Bu göstərici əvvəlki günlə müqayisədə 91 nəfər çoxdur. Sutka ərzində 1047 nəfər sağalıb, 57 xəstə dünyasını dəyişib. Gündəlik ölüm halında da artım davam edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə əhaliyə müraciət edib ki, maska taxmaq, sosial məsafə saxlamaq və təmizlik qaydalarına əməl etmək koronavirusla mübarizədə hər kəsin borcudur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə