Əhmədinejatdan yardım təklifi

Əhmədinejatdan yardım təklifi

Az inkişaf etmiş ölkələrə 1,2 trilyon dollar ayırmaq lazımdır. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, BMT-nin 4-cü ən az inkişaf etmiş ölkələr konfransında iştirak etmək üçün İstanbula gələn İran prezidenti Mahmud Əhmədinejat bəyan edib ki, bəzi ölkələr dünyada mövcud olan ədalətsiz sistem səbəbindən yoxsulluqdan əziyyət çəkir. Mahmud Əhmədinejat vəziyyətin dəyişməsi və bu ölkələrdə islahatların keçirilməsinə yardım etmək üçün bir sıra təkliflər irəli sürüb. İran prezidenti müstəmləkəçilik vaxtı həmin ölkələrə dəyən ziyanı dəqiqləşdirmək üçün xüsusi komissiya yaradılmasını və az inkişaf etmiş ölkələrə yardım göstərmək üçün dünyanın 40 ölkəsinin hərbi büdcəsindən 10 faiz ayırmağı təklif edib. Bu, 1,2 trilyon dollar təşkil edir.

 

Qeyd edək ki, BMT-nin 4-cü konfransında qurumun baş katibi Pan Ki Mun, 50 dövlətin rəhbəri, 10 vitse-prezident, 94 nazir və 47 beynəlxalq təşkilat sədri iştirak edir. İclasdan sonra İran prezidenti BMT baş katibi Pan Ki Munla görüşüb, Yaxın Şərqdə və dünyada mövcud olan vəziyyəti müzakirə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə