Aİ və Böyük Britaniya arasında Brexit danışıqların səkkizinci mərhələsi başlanacaq
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya nümayəndə heyətləri arasında Brexit danışıqların səkkizinci mərhələsi çərşənbə axşamı başlanacaq.
Tərəflər arasında ticarət razılaşmasının oktyabrın 15-dək əldə olunması gözlənilir.
Baş Nazir Boris Conson tərəflər arasında hər hansı razılıq əldə edilmədiyi təqdirdə sərbəst ticarət müqaviləsinin də baş tutacağına inanmadığını deyib.
Xarici İşlər naziri Dominik Rab Aİ ilə danışıqlarda yaranan problemin balıq ovu və dövlət yardımı ilə bağlı qaydalarla əlaqəli olduğunu söyləyib.
Qeyd edək ki, Britaniya Aİ ilə Kanada və İttifaq arasında bağlanan müqaviləyə bənzər bir müqavilə imzalamaq istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB