Tripolidə Liviya lideri Müəmmar Qəddafiyə qarşı üsyan başlayıb

Tripolidə Liviya lideri Müəmmar Qəddafiyə qarşı üsyan başlayıb

Tripolidə Liviya lideri Müəmmar Qəddafiyə qarşı üsyan başlayıb. SİA-nın xəbərinə görə, bu barədə xəbəri "Reuters" agentliyi yayıb. Şahidlərin sözlərinə görə, nümayişlərə üsyançılar tərəfə keçən güc strukturlarının əməkdaşları rəhbərlik edir. Müxalifət tərəfə keçən güc strukturlarının əməkdaşları əhaliyə silah paylayıb və hazırda minlərlə insan Liviya paytaxtını ələ keçirməyə hazırlaşır.

 

Liviyanın rəsmi hakimiyyət orqanları Tripolidə üsyan barədə məlumatları təkzib edib. Bundan başqa xarici KİV-lərin müxbirləri də üsyançıların şəhəri ələ keçirmək istəkləri barədə məlumatı təsdiq etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə