Ukraynanın 4 şəhəri Nazirlər Kabinetini məhkəməyə verib

Ukraynanın 4 şəhəri Nazirlər Kabinetini məhkəməyə verib

Ukraynanın dörd şəhərinin rəhbərliyi ölkə hökumətini məhkəməyə vermək barədə qərar qəbul edib. SİA "Strana.ua"ya istinadla xəbər verir ki, İvano-Frankovsk şəhərinin meri Ruslan Marçinkiv məlumatı təsdiqləyib. Qeyd edilir ki,bu addım koronavirus infeksiyası ilə bağlı karantin tədbirlərinin sərtləşdirilməsinə görə atılıb.

Artıq bir sıra şəhərlər məhkəməyə müraciət edib. Siyahıda İvano-Frankovskla yanaşı, Ternopol, Kaluş və Kolomıya şəhərlərinin də adları var.

Şəhərlərin hakimiyyət orqanları rəhbərlərinin fikrincə, Nazirlər Kabinetinin müvafiq qərarı ölkə vətəndaşlarının əsas konstitusiya hüquqlarını pozub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə