İran Rusiyanın "C-300" raketlərinə oxşar raket buraxacaq. SİA-nın "FarsNews" agentliyinə istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının müdafiə naziri Əhməd Vahidi bəyan edib ki, nazirlik Rusiyanın "C-300" raketinə oxşar uzaq mənzilli raket buraxmağı planlaşdırıb. Nazir qeyd edib ki, İranda artıq bu istiqamətdə müəyyən işlər görülüb. Lakin layihənin sona çatdırılması üçün vaxt lazımdır. Bu sinif raketlər həm müasir, həm də prespektiv hava hədəflərini, o cümlədən strateji, taktiki və hərbi-dəniz aviasiyasını, strateji qanadlı raketləri, ballistik raketləri və digər geniş spektrli hava hədəflərini məhv etmək üçündür.
İran Müdafiə Nazirliyi həmçinin qonşu və dost ölkələrlə regionda təhlükəsizliyin təmin edilməsi məqsədilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB