İranda bir neçə nazirlik birləşdirilib

İranda bir neçə nazirlik birləşdirilib
İran İslam Respublikasının Nazirlər Kabinetinin qərarı ilə hökumət strukturlarında dəyişikliklər edilib. SİA-nın İran KİV-nə istinadən verdiyi xəbərə görə, prezident Əhmədinejatın rəhbərliyi ilə keçirilən hökumət iclasında qərara alınıb ki, Sənaye və Təbii Sərvətlər Nazirliyi Ticarət Nazirliyi ilə, Yol və Nəqliyyat Nazirliyi Mənzil və Şəhərsalma Nazirliyi ilə, Sosial Müdafiə və Qayğı Nazirliyi isə Məşğulluq və Sosial Müdafiə Nazirliyi ilə birləşdirilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə