Son sutka ərzində Özbəkistanda koronavirusa 295 nəfər yoluxub

Son sutka ərzində Özbəkistanda koronavirusa 295 nəfər yoluxub

Son sutka ərzində Özbəkistanda COVID-19-a 295 nəfər yoluxub və beləliklə, bu virusun daşıyıcılarının sayı 43 min 476 nəfərə çatıb. Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son sutkada virusdan 4 xəstə ölüb.

Xəstəxanalarda 2251 pasiyent müalicə alır ki, onların da 366-nın vəziyyəti ağır, 198-nin durumu isə kritikdir.

Son 24 saatda Özbəkistanda bu virusdan 448, ümumiyyətlə isə 40 min 880 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə