Malidə terrorçu qruplarla mübarizə əməliyyatlarında iki fransalı hərbçi ölüb

Malidə terrorçu qruplarla mübarizə əməliyyatlarında iki fransalı hərbçi ölüb

Malidə terrorçu qruplarla mübarizə əməliyyatlarında iki fransalı hərbçi ölüb.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayının yaydığı məlumatda ​​deyilir.

“Respublika prezidenti Emmanuel Makron bu səhər Tesalitdə əməliyyat zamanı iki fransız əsgərin ölümü barədə məlumatı öyrəndikdə ciddi narahatlıq keçirib”, - deyə bildirişdə qeyd olunub.

Sənəddə qeyd edilib ki, “hərbçilər Sahel şəhərində terrorla mübarizə missiyalarının icrasında Fransa üçün canlarından keçiblər”.

Bütün xəbərlər Facebook səhifəmizdə