Rumıniyada koronavirusa yoluxanların sayı 94 min nəfərə yaxınlaşır

Rumıniyada koronavirusa yoluxanların sayı 94 min nəfərə yaxınlaşır

Rumıniyada koronavirusa yoluxanların sayı 93 min 864 nəfərə çatıb və artaraq davam edir.

SİA Rumıniyanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində 1269 yeni yoluxma qeydə alınıb. Koronavirusdan ölənlərin sayı 3850 nəfərdir, 40 min 28 nəfər isə sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti vətəndaşları sanitar normalara riayət etməyə, təhlükəsiz məsafə saxlamağa çağırıb. Vəziyyətin kəskinləşməsi yeni məhdudiyyətlərin tətbiqi ilə nəticələnə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə