Belqradda baş verən atışma nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər ağır yaralanıb

Belqradda baş verən atışma nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər ağır yaralanıb
Serbiyanın paytaxtı Belqradda baş verən atışma nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər ağır yaralanıb. SİA xəbər verir ki, bu barədə ölkənin "RTS" televiziyası bildirib. Atışma Vojdovats rayonunda baş verib. Hücum naməlum şəxs tərəfindən həyata keçirilib. Hadisə nəticəsində 2 nəfər ağır yaralanıb, onlardan biri ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis hadisəni araşdırır və hücum edən şəxsin axtarışını aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə