Cümə günü Belarusda keçirilən kütləvi etiraz aksiyaları zamanı 41 nəfər saxlanılıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
“Dünən, sentyabrın 4-də ölkədə ictimai-siyasi kütləvi tədbirlər keçirilib. Kütləvi tədbirlər haqqında qanunvericiliyi pozduğuna görə 41 nəfər tutulub. İnzibati qayda pozuntuları üzrə işlərə məhkəmədə baxılmadan əvvəl 21 nəfər saxlanma məntəqələrinə yerləşdirilib”, - Mətbuat xidmətinin “Telegram”dakı məlumatında deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB