Hindistanda yoluxma sayı 4 milyonu ötüb

Hindistanda yoluxma sayı 4 milyonu ötüb

Hindistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 86 432 nəfər yoluxub. SİA "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 023 179 nəfərə çatıb.

Bildirilir ki, koronavirusa yoluxanlardan 69 561 nəfəri vəfat edib, 3 107 223 nəfəri isə sağalaraq xəstəxanadan evə buraxılıb.

Qeyd edilir ki, ölkədə aktiv koronavirus xəstələrinin sayı 846 395 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə