ABŞ-ın koronavirusa qarşı vaksini oktyabr ayında hazır ola bilər - Tramp

ABŞ-ın koronavirusa qarşı vaksini oktyabr ayında hazır ola bilər - Tramp

ABŞ-ın yeni növ koronavirusa (COVİD-19) qarşı vaksini son kliniki sınaqlardan keçə və oktyabr ayında hazır ola bilər. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evdə mətbuat konfransı zamanı ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: "Bu ilin sonuna, bəlkə də noyabrın 1-dək vaksinin hazırlanması üzrə plana uyğun hərəkət edirik. Düşünürük ki, biz vaksini hətta oktyabr ayında da əldə edə bilərik".

ABŞ prezidenti koronavirusa qarşı vaksin hazırlayan əsasə şirkətlər arasında "Pfizer", "Johnson & Johnson" və "Moderna" şirkətlərini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə