Böyük Britaniyada son sutkada 1940 nəfərdə koronavirusa yoluxma aşkar edilib - son 4 ayın anti-rekordu

Böyük Britaniyada son sutkada 1940 nəfərdə koronavirusa yoluxma aşkar edilib - son 4 ayın anti-rekordu

Böyük Britaniyada son sutkada 1940 nəfərdə koronavirusa yoluxma aşkar edilib, 10 nəfər ölüb.

SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu göstərici iyunun 4-dən bəri ən çox qeydə alınan yoluxma hadisəsidir.

Qeyd edək ki, ölkədə yeni virusa yoluxma sayı ümumilikdə 342 351-ə, ölüm sayı isə 41537-yə yüksəlib.

Bir gün əvvəl isə yoluxma sayı 1735, ölüm sayı 13 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə