ABŞ-ın ÜST-dən ayrılacağı tarix məlum olub

ABŞ-ın ÜST-dən ayrılacağı tarix məlum olub

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) ayrılacağı tarix məlum olub. SİA-nın məlumatına görə, bununla bağlı ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisindəki daimi nümayəndəliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, ABŞ 2021-ci ilin 6 iyul tarixində ÜST-dən ayrılacaq.

Səbəb kimi ÜST-ün yeni tip koronavirusa (COVID-19) və digər qlobal böhranlara qarşı tədbirlər görə bilməsi göstərilir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə