Pakistanın baş nazirindən sərt cavab!

Pakistanın baş nazirindən sərt cavab!

Pakistanın baş naziri Yusuf Rza Gilani ölkəsi haqqındakı iddialara sərt cavab verib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumat görə, nazir Pakistanın terrora dəstək verən ölkə olması fikrini gülünc olaraq qiymətləndirib: "Beynəlxalq aləmdə son günlərdə Pakistan haqqında gülünc iddialar var. Hər nə qədər gülünc qiymətləndirsək də bu cür iddiaların yayılması xoş deyil. Pakistanın terrora dəstək verən ölkə olması kimi xəbərlər qəbulolunmazdır. Çünki Pakistan terrordan ən çox zərər görən ölkələr sırasındadır".

 

Nazir onu da qeyd edib ki, əgər Pakistan terrora dəstək versəydi, indi hər şey başqa cür olardı: "Əgər deyilənlər doğru olsaydı, indi ölkədə tamam fərqli vəziyyətlə qarşılaşardıq. Biz terrorçulara hər hansı bir mənada gizli də olsa dəstək vermirik. Belə olsaydı, biz bu illər ərzində 30 min vətəndaşımızı terror əməliyyatlarında qurban verməzdik".

 

Qeyd edək ki, Gilani eyni zamanda ABŞ rəhbərliyi ilə strateji və uzunmüddətli əlaqələrinin olduğunu da dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə