Argentinada son sutkada koronavirusa yoluxma sayında rekord rəqəm qeydə alınıb
Argentinalı həkimlər son sutkada 12.026 koronavirusa yoluxma halı aşkar ediblər ki, bu da pandemiya başlayandan ölkədə ən yüksək artımdır. Daha əvvəl ölkədəki sutkalıq antirekord 11.717 olub.
SİA "TASS" agentliyinə istinadən xəbər veeerir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi xəbər verib.
Bildirilir ki, yoluxanların ümumi sayı 451.198-ə çatıb.
Yeni yoluxma hadisələrin əksəriyyəti Buenos Ayres əyalətində qeydə alınıb - 6.990, ardından 1.411 hadisə ilə paytaxt gəlir. Ötən sutka ərzində 245 koronaviruslu xəstənin ölümü təsdiqlənib, ümumi ölüm sayı 9.361-ə çatıb. SAğalananların sayı isə 322.461 nəfər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB