Bu günə qədər Moldova səhiyyə sisteminin 4421 işçisi koronavirusa yoluxub
Bu günə qədər Moldova səhiyyə sisteminin 4.421 işçisi koronavirusa yoluxub. Ən çox zərər çəkmiş sektor - xəstəxanalardır, ardından isə ilkin və təcili yardım.
SİA "agora.md" saytına istinadən bildirir ki, hökumətin verdiyi məlumatlara əsasən yoluxma hallarının 44 faizi tibb bacıları arasında qeydə alınıb. Onlardan sonra həkimlər (26 faiz), sanitarlar (18 faiz) və köməkçi heyət (12 fazi).
Xatırladaq ki, pandemiyanın başlanmasından bəri 32 tibb işçisi vəfat edib.
Bu günə olan məlumata görə, Moldovada 37 208 yoluxma halı qeydə alınıb, 1008 nəfər dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB