"Üsamə bin Ladinin ölümünü elan etmək Obamaya düşməzdi". Bu sözləri İsveçrənin müdafiə naziri Ueli Maurer jurnalistlərə açıqlaması zamanı deyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, nazir bu hərəkətin bir prezidentə yaraşmadığını bildirib.
Obamanın etdiyi açıqlamanın onu bir dövlət başçısı kimi nüfuzdan saldığını deyən Maurer bunun qəbulolunmaz hal olduğunu dilə gətirib: "Obama Üsamə bin Ladinin ölümünü televiziyalardan birbaşa yayım vasitəsilə elan etdi. Lakin, bu heç də xoş hal deyildi, bu addımı atmaq Obamaya düşmürdü. Ən azından ona görə ki, o bir ölkənin rəhbəridir və bu cür davranış heç bir dövlət başçısına yaraşmazdı. Ladinin ölüm xəbərini ya rəsmi bir nümayəndənin çıxışı, ya da yazılı açıqlama ilə elan etmək daha doğru olardı".
Maurer onu da qeyd edib ki, Obama bu məsələ ilə özünə xal qazandırmağa çalışıb. Yəni, nazirin fikrincə, Ladinin Obamanın başçılığı dövründə öldürülməsi prezident seçkilərində Obamaya xal qazandıra bilər.
Lakin bütün bunlarla yanaşı, nazir bu davranışın əksinə Obamanın imicini zədələdiyini diqqətə çatdırıb: "Amerikada prezident seçkiləri yaxınlaşır. Obamanın namizədlər arasında kifayət qədər güclü rəqibləri var. Təbii ki, "Əl Qaidə" liderinin Obamanın hakimiyyəti dövründə öldürülməsi onun üçün müsbət haldır. Amma bu o demək deyildi ki, Obama bunu televiziyalardan elan etməli idi. Bu davranışla Obama xal qazanmaq əvəzinə, daha da imicini zədələdi. Çünki Obama bu hərəkətlə özünü bir terrorçu ilə eyni səviyyəyə saldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB