Onun sözlərinə görə, Qəddafi haqqında həbs qərarı ən doğru seçimdir: "Liviya lideri Muammər Qəddafinin aqibəti əsla Üsamə bin Ladin kimi olmamalıdır. Qəddafinin gizli bir əməliyyatla öldürülməsinə qəti surətdə qarşıyam. Onun məsələsi Beynəlxalq Cəza Məhkəməsinə həvalə edilib. Prokuror yaxın gələcəkdə həbslə bağlı qərar verəcək. Bu Qəddafi haqqında verilə biləcək ən doğru qərardır".
Avropa İttifaqının Liviyaya tətbit etdiyi sanksiyalar mövzusunda da fikir bildirən nazir bu məsələlərdə gecikməyin arzuolunmaz nəticələrə gətirib çıxaracağını da qeyd edib: "Liviyaya tətbiq olunan sanksiyalarda gecikmələr oldu. Bu da öz mənfi nəticələrini verdi. Suriya haqqında isə bu qərar daha tez verildi. Bunun üçün biz də Avropa İttifaqına öz təzyiqlərimizi göstərdik. Çünki gecikən qərarların nəticələrini hamımız yaxşı bilirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB