BMT Suriyadakı vəziyyəti araşdırmaq üçün bölgəyə qrup göndərəcək

BMT Suriyadakı vəziyyəti araşdırmaq üçün bölgəyə qrup göndərəcək

Suriyada gərginlik davam edir. SİA-nın məlumatına görə, polislər vəziyyətin idarə edilməsində əziyyət çəkirlər. Belə ki, hakimiyyətin əleyhinə təşkil edilən nümayişlərdə yüzlərlə müxalifətçi həbs edilib.

 

Rəsmi məlumatlarda bildirilir ki, bölgədə silah səsləri və Dəməşqin tədbirlərinə baxmayaraq ölkədə üsyanlar davam edir. Dünən günorta saatlarında Suriyanın bir çox şəhərində üsyan daha da ağır nəticələr verə biləcək səviyyəyə çatmışdı. Nəticədə 30-a yaxın müxalifətçi həlak olmuşdu.

 

Bu gün isə, ABŞ rəhbərliyi Suriyanı nümayişçilərə qarşı güc tətbiq etməyə çağırıb. Ölkədə davam edən həbslər nəticəsində 2 müxalifət lideri də həbs olunub. Bütün bunlarla əlaqədar BMT-nin Suriyadakı vəziyyəti araşdırmaq üçün bölgəyə qrup göndərəcəyi bildirilib.

 

Qeyd edək ki, üsyan ərəfəsində ölkədə indiyə qədər 600-dən çox adam ölüb, 8 mindən çoxu isə həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə