Rusiyanın müxalifət lideri, Xabarovskda keçirilən etiraz mitinqində çıxışından sonra Moskvaya qayıdarkən təyyarədə zəhərlənən və təcili olaraq Novosibirski xəstəxanasına yerləşdirilən, sonradan Almaniya hökumətinin təklifi ilə Berlinin "Charite" klinikasında müalicəsini davam etdirən Aleksey Navalnı yoxa çıxıb. SİA-nın xarici mətbuata istinadla verdiyi məlumata görə, xəbəri klinikadan da təsdiq ediblər.
Alman politoloq Vladimir Sergienkonun verdiyi məlumata görə, xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra klinikanın rəhbərliyi təhlükəsizlik tədbirlərini ləğv etdirib, ancaq bu qərarın dəqiq səbəbini izah edə bilməyib.
Qeyd edilib ki, Navalnının yaxın dostu da bundan əvvəl klinikada insultdan müalicə alıb və müəmmalı şəkildə yoxa çıxıb.
Alman polisi araşdırmalara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB