Ukrayna prezidentinin ofisi yaxınlığında əl qumbarası ilə silahlanmış şəxs saxlanılıb
Ukraynanın Kiyev şəhərinin hökumət binalarının yerləşdiyi kvartalında, ölkə prezidentinin ofisi yaxınlığında əl qumbarası ilə silahlanmış şəxs saxlanılıb.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kiyev polisinin mətbuat xidmətindən bildiriblər.
Məlumatda bildirilir: "Hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtın hökumət kvartalında əl qumbarası ilə silahlanmış şəxs saxlayıblar".
Qeyd edilir ki, silahlı şəxsin saxlanılması ölkə prezidentinin ofisinin yerləşdiyi Bankova küçəsində həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB