ABŞ-ın hərbi-kəşfiyyat təyyarəsi qəzaya uğrayıb

ABŞ-ın hərbi-kəşfiyyat təyyarəsi qəzaya uğrayıb

ABŞ hərbi-dəniz qüvvələrinin “E-2 Hawkeye” uzaqmənzilli radiolokasiya kəşfiyyatı təyyarəsi Virciniya ştatının sahillərində qəzaya uğrayıb, dörd nəfər ekipaj üzvü xilas ola bilib. SİA TASS-a istinadla xəbər verir ki, bunu ABŞ hərbi-dəniz qüvvələrinin rəsmisi Patrik Qordon bildirib.

O qeyd edib ki, iki pilot və ekipajın iki digər üzvü təyyarəni tərk edə bilib. “E-2 Hawkeye” Norfolk şəhərindəki (Virciniya ştatı) hərbi bazanın yaxınlığında məşq uçuşu keçirirmiş. Ekipaj üzvləri ciddi xəsarət almayıblar.

Qəzanın səbəbləri araşdırılır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə