Moskvada koronavirusdan ölənlərin sayı 4832 nəfərə yüksəlib

Moskvada koronavirusdan ölənlərin sayı 4832 nəfərə yüksəlib

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 11 nəfər ölüb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 11 xəstə dünyasını dəyişib".

Ümumilikdə paytaxtda koronavirusdan ölənlərin sayı 4 832-ə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə