Ermənistan ordusu iflic vəziyyətində: zəif ordu, ac əsgər, təchizatsız texnika… - TƏHLİL
Paşinyan çıxış yolunu “könüllü xalq qoşunları” adı altında muzdluları və terrorçuları cəlb etməkdə məqsədi…
Son vaxtlar işğalçı Ermənistanın təxribatı ardıcıl olaraq baş versə də güclü Azərbaycan Ordusu və rəşadətli əsgərlərimizin şücaəti nəticəsində Ermənistanını həm dərsini veriblər, həm də yerində elə otuzdurublar ki…Nəticədə işğalçı ölkənin ordusu xeyli canlı qüvvə və hərbi texnika itirərək geri çəkilsə də, yenə də öz çirkin niyyətindən əl çəkmir. Məlumdur ki, ermənilər tarix boyu alçaq, quldur, rəzil xalq olublar. Artıq 27 ilə yaxındır ki, Azərbaycan-Ermənistan, qondarma Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar aparılsa da, hələ də işğalçı ölkə terrorçuluq niyyətini açıq-aydın göstərərk danışıqlardan hər cürə bəhanələrlə boyun qaçırmaqdadır. Bu yerdə alman alimi Alfred Körtenin «Anadolu eskizləri» kitabından belə bir məqamı xatırlatmaq istərdim: “Bu əyalətlərdə xalqın əsas hissəsi ilə təmasda olan hər bir şəxs, demək olar ki, türkləri sevir və hörmət edir, yunanları aşağı səviyyəyə qoyur, ermənilərə isə nifrət edir. Bu yerdə bir məsəl özünü doğruldur: bir yunan iki yəhudini aldadar, bir erməni isə iki yunanı. Əgər mən türklə iş görürəmsə, onunla yazılı müqaviləyə ehtiyac yoxdur, türkün bir sözü yetər. Yunanla yazılı müqavilə bağlayıramsa, onunla belə işbirliyi vacib və əhəmiyyətlidir. Erməni ilə yazılı heç bir iş görmək olmaz, çünki onların yalan və intriqalarının öhdəsindən hətta yazılı sənəd də gələ bilməz!”.
Göründüyü kimi, belə bir məqamda sual olunur, bu təxribat, bütün bunlar Ermənistanın nəyinə lazımdır?
Qed edək ki, bu suala Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə keçirilən beynəlxalq görüşlərdə, o cümlədən Təhlükəsizlik Şurasının keçirilmiş iclasında da ətraflı cavab verdi: “Ermənistanda hökm sürən hərcmərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edib. Və bu ölkədə hamı başa düşür ki, Ermənistan hakimiyyətinin vəd etdiyi dırnaqarası çiçəklənmə xülyadır, yalandır”.
Hə, doğrudan da bu günlərdə Ermənistanda ictimai fikir birmənalı şəkildə Paşinyanın əleyhinədir. Ölkə dərin böhrandadır, beynəlxalq nüfuzu yox dərəcəsindədir, ən əsası isə ordusu iflic vəziyyətindədir. Zəif ordu, ac əsgər, təchizatsız texnikası olan işğalçı ölkənin baş naziri Nikol Paşinyan çıxış yolunu olmayan orduya “Könüllü xalq qoşunları" adı altında muzdluları və terrorçuları cəlb etməkdə görür. Erməni xalqı isə, artıq iki ildən yuxarı hakimiyyətə küçədən gələn “demokrat” Paşinyanın belə bir halda sərhəddə təxribata əl atması ıb ictimai fikri yayındırmaq niyyətində olduğunu anlayır.
İqor Korotçenko: “Paşinyanın əhalinin diqqətini ölkədaxili problemlərdən, siyasətinin iflasa uğramasından yayındırmaq üçün məqsədli şəkildə təxribatlar törədir”
Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko da o fikirdədir ki, Azərbaycanla sərhəddə təxribat Paşinyana ictimai fikri ölkə daxilindəki problemlərdən yayındırmaq üçün lazımdır: “Bu gün Ermənistanda ölkədaxili siyasi böhran hökm sürür. Bu böhran koronavirus pandemiyası ilə uğursuz mübarizə fonunda daha da dərinləşib. Məhz buna görə də Paşinyana Azərbaycanla sərhəddə təxribat lazım olub”.
Rusiyalı hərbi ekspert baş vermiş insidenti olduqca təhlükəli adlandırıb: “Əlbəttə ki, Ermənistan ordusu tərəfindən Azərbaycanın mövqeləri artilleriya atəşinə tutulduqdan sonra Azərbaycan tərəfi cavab verməyə məcbur olub, atəşə atəşlə cavab verib. Mən bir daha deyirəm ki, bu, Ermənistan tərəfindən məqsədli şəkildə törədilmiş təxribatdır. Bir daha təkrarlamaq istərdim ki, məqsəd yalançı vədlərin müəllifi olan Paşinyan Ermənistan əhalisinin diqqətini ölkədaxili problemlərdən və aparılan siyasətin iflasa uğramasından yayındırmaqdır”.
“İstər əvvəlki hakimiyyət, istərsə də bu günkü Paşinyan “dəstəsi” Dağlıq Qarabağ münaqişəsinin ədalətli və düzgün yolla nizamlanmasını istəmədiyini sübut etməkdədir: “Artıq 27 ilə yaxındır ki, Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayır. Bu, bütün dünya tərəfindən tanınmış faktdır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsində də işğal faktı əksini tapıb. Və bu qətnamələr kağız üzərində qalmaqdadır. Ermənistan da Dağlıq Qarabağ münaqişəsinin ədalətli və düzgün yolla nizamlanmasını arzulamır, ancaq demaqogiya ilə məşğuldur. İrəvan özünü bütün dünyada qurban kimi qələmə verir, əslində isə işğalçıdır”.
Ancaq Ermənistan təkcə ölkədaxili problemlərlə üzləşməyib. Bu ölkə, onun rəhbərliyi dünya çapında olan heç bir beynəlxalq qurumda nüfuz sahibi deyil. Azərbaycan Prezidentinin də haqlı olaraq qeyd etdiyi kimi, son vaxtlar Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlara imza atması, məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının baş tutması və bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkənin dəstəkləməsi rəsmi İrəvanda qıcıq doğurur. Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib: “Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb?”.
Məhz bu səbəbdən beynəlxalq arenada Ermənistan, demək olar ki, bütün dayaqlarını itirməkdədir. Azərbaycan Prezidentinin dediyinə görə, Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurub: “Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.
Zəif iqtisadiyyat, zəif ordu, zəif idarəetmə- bütün bu zəiflərlə Ermənistan müharibə etmək istəyir?
Küçədən hakimiiyyətə gələn yalançı “demokrat” N.Paşinyan onu da yaxşı anlayır ki, hay-küy salmasına baxmayaraq müharibə başlayarsa, Ermənistanın ağır məğlubiyyətə uğrayacağı qətiyyən şübhə doğurmur.
Ancaq bu da faktordur ki, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq. Paşinyanın növbəti təxribatı isə onun sonu olacaq. Buna heç kimin şübhəsi olmasın!
Ermənistanda demoqrafik vəziyyət işğalçı ölkəni qorxuyu salıb
Belə bir durumda olan Ermənistan onu da yaxşı bilir ki, Azərbaycan döyüş ruhla yüksək mənəvi hazırlıqlı ordusu zəbt olunmuş ərazilərdən düşməni hər an işğal etdikləri ərazilərdən qovmaq imkanı var və bu da işğalçı Ermənistanı qorxuya salıb. Artıq ermənilər yaxşı bilirlər ki, bu gün Ermənistan ilə Azərbaycan arasında həm
hərbi, həm iqtisadi, həm bütün başqa sahələrdə fərq çox böyükdür. Azərbaycanın Silahlı Qüvvələri durmadan inkişaf etdiyi halda Ermənistanda bunun tam əksi müşahidə olunur. Məsələn, Ermənistanda demoqrafik vəziyyətin pisləşməsi ordunun şəxsi heyətlə təminatı baxımından artıq ciddi problemə çevrilib. Vəziyyətin getdikcə acınacaqlı xarakter aldığını etiraf edən ekspertlər də bildirib ki, təcili olaraq orduya çağırış üçün müəyyən olunan yaş həddi maksimum qaldırılmalıdır, hərbi xidmətdən yayınanların sayı azaldılmalıdır. İndiki vəziyyət isə bu il də daxil olmaqla ən azı 2026-cı ilə qədər orduda çağırışçılarla bağlı ciddi problemlərin yaşanacağını göstərir. Çağırışçıların sayının azlığı ordunun şəxsi heyətlə təminatında böyük çətinliklər yaradacaq.
Paşinyan Suriya və Livandakı muzdluları Qarabağa yığır
Ekspertlər bildirirlər ki, Paşinyanın hər bir hərəkəti aydın göstərir ki, o sələflərindən fərqli mövqe sərgiləmir. Belə ki, 2016-cı ilin aprel döyüşlərində Sarkisyan qoşunların təmas xəttində təxribat törətdi və Azərbaycan Ordusunun sərt reaksiyası ilə üzləşdi. Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbə vurmaqla bir neçə strateji yüksəkliyə nəzarəti ələ aldı. Amma sonradan müşahidə olundu ki, Sarkisyan hakimiyyəti itkiləri gizlətdi. Bundan sonra düşmən ordusunda xaos başladı və hərbi rəhbərliyə qarşı həm cəmiyyətdə, həm də hakimiyyət daxilində ittihamlar səsləndirildi. Məhz bu səbəbdən Sarkisyan artıq cəbhədə vermiş olduğu itkiləri gizlədə bilmədi. Ermənistan mediasında, xarici mətbuatda onların öz təxribatlarının qurbanına çevrildikləri üzə çıxdı. Bu gün də Paşinyan növbəti hərbi avantürasının qurbanı olmaqdadır. İyulun 12-də dövlət sərhədi boyunca Tovuz rayonu istiqamətində işğalçı rejim hərbi təxribatlar törətdi. Bu zaman dinc əhalini və mülki obyektləri də hədəf götürdü. Paşinyanın məqsədi ondan ibarət idi ki, Azərbaycan Ermənistan ərazisində atəş nöqtələrini susdursun və bundan sonra onlar bu olayı ölkəmizin özlərinə qarşı aqressiyası kimi qələmə versinlər. Ancaq Azərbaycan öz ədalətli mövqeyini bir daha sübüt edə bildi və obyetkiv informasiya beynəlxalq ictimaiyyət tərəfindən demək olar ki, həzm olundu. Həmçinin, Paşinyanın ətrafında çox ciddi dinamik şəkildə güclənməkdə olan müxalifət qüvvələri də küçə "demokratı"nın ölkənin iki il ərzində hər tərəfli çökdüyünü görərək, ona qarşı hiddətləri daha da güclənməkdədir.
Belə bir vəziyyətdə Ermənistanda "Müdafiə haqqında" qanuna dəyişikliklərin edilməsi müzakirə olunmasınını səbəbi də faktiki olaraq, məhz ölkədə müdafiəni təşkil edəcək insani resurslar, ordu, orduda nizam-intizamın zəif, ümumiyyətlə olmamasıdır. Bu dəfələrlə təsdiqlənib və işğalçı ölkənin əl atdığı sonuncu təxribatlar zamanı bir daha aydın oldu ki, bu ölkənin ordusu döyüş qabiliyyətli deyil. Ona görə də yeni qanunda könüllülərin orduya cəlb olunması məsələsi aktuallaşdırılır və düşünürlər ki, bu şəkildə işğalçı Ermənistanın ordusunu gücləndirmək olar. Ancaq bu, mümkün deyil.
Bu gün iqtisadi cəhətdən ağır durumda olan Ermənistana Paşinyan muzdlu qocaları toplamaqla heç də ordunun gücləndirilməsinə nail ola bilməyəcək. Bir də hansı vəsaitlə? Bu vasitə ilə Paşinyan orduda özünə sadiq qüvvələr yaratmaqla siyasi rəqibləri önündə üstünlük qazanmağa çalışır. Çünki onun siyasi rəqibləri bu və ya digər formada ordu ilə bağlı olmuş və sonradan prezidentlik kürsüsünü əldə etmiş şəxslərdir ki, Sarkisyan da, Köçəryan da bu şəkildə eyni keçmişə malik idilər. Eyni zamanda, insani resursların qıtlığı, vətəndaşların, hərbi qulluq yaşına çatmış gənclərin ölkəni tərk etməsi, ümumiyyətlə, əhalinin ölkəni tərk etməsi Ermənistanda ordu quruculuğu işini də iflic vəziyyətinə salıb. Paşinyan elə zənn edir ki, müzdlulardan ibarət yaradacağı “könüllülərlə” nəyəsə nail oa bilər. Absurd, yenə də absurd. Necə deyərlər: “qonşuya ümid edən şamsız qalar”. Əlbəttə ki, xalq, ordu ənənəsi Ermənistanın tarixində, ümumiyyətlə olmayıb və belə olan halda “könüllülər” adı altında muzdluların və terrorçuların Ermənistan ordusuna cəlb etməsi və onların saxlanılması Ermənistan büdcəsinin öhdəsindən gələcəyi mümkünsüzdür. Ermənistanın bu niyyəti də fiaskoya uğrayacaq. Çünki Paşinyan hakimiyyətə gəldiyi gündən öz şəxsi mənafeyini güdüb. Ancaq hansı formada, hansı adla ordu yaratsa da Azərbaycan ordusu qarşısında aciz qalacağı ilə nəticələnəcək.
Arkadi Karapetyan: “Azərbaycan Ordusu bizdən qat-qat güclüdür”
Təqaüddə olan erməni polkovnik Arkadi Karapetyan yerli mediaya müsahibəsində tərəflərin hərbi gücü haqda danışaraq bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusundan qat-qat güclüdür.Erməni polkovniki yazır ki, ciddi iqtisadi problemləri olan Ermənistan bu günlərdə 2020-ci il üçün hərbi büdcəsini təsdiqləyib: “Rəqəmlər göstərir ki, büdcə əvvəlki illə müqayisədə 25%-dək artırılıb. Ermənistan KİV-nin yazdığına görə, gələn ilin hərbi büdcəsi təxminən 625 milyon dollar (ÜDM-in 4%-dən də az) olacaq. Müqayisə üçün Azərbaycanın hərbi büdcəsinə nəzər salsaq, görərik ki, Azərbaycanda bu rəqəm 2 milyard 260 milyon dollardır! Bu, Ermənistanın hərbi büdcəsindən təxminən 4 dəfə çoxdur. Göründüyü kimi, bu real faktordur ki, güclü Azərbaycanın büdcəsi qarşısında Ermənistanın zəif büdcəsi qarşısında hansı ordudan, hansı müharibədən dnışmaq olar? Müharibə yenidən alovlanarsa, Ermənistan mütləq və mütləq məğlub olacaq. Yoxsul işğalçı Ermənistanın zəif ordusu, zəngin dövlət olan Azərbaycanın güclü ordusu qarşısında işğalçılığı davam etdirməklə, biz bu səhv tənliyini hələ də həll edə bilmirik!”.
Bir sözlə, bu isə heç cür normal idarəetmə sistemi qura bilməyən Ermənistan hakimiyyətində xaosun açıq şəkildə özünü göstərdiyindən xəbər verir.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB