Perunun Kusko şəhərinin meri koronavirus infeksiyasının yaratdığı fəsadlardan vəfat edib

Perunun Kusko şəhərinin meri koronavirus infeksiyasının yaratdığı fəsadlardan vəfat edib

Perunun Kusko şəhərinin meri Rikardo Valderrama koronavirus infeksiyasının yaratdığı fəsadlardan vəfat edib.

SİA xəbər verir ki, bu barədə bələdiyyənin mətbuat xidməti "Faebook" sosial şəbəkəsində bildirib.

Məumatda bildirilib: "Kusko vilayətinin bələdiyyəsi merimizin doktor Rikardo Valderrama Fernandesin vəfatından dərin təəssüf hissi keçirir və ailəsinə başsağlığı verir".

2019-cu ilin dekabrında vəzifəsinə başlayan 75 yaşlı bələdiyyə başçısı 24 iyulda koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirildi. O süni tənəffüs aparatına qoşulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə