Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatdı

Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatdı

Türkiyənin Giresun vilayətində baş verən sel fəlakətində ölənlərin sayı 10 nəfərə yüksəlib. SİA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.

Nazir deyib ki, xilasedici qüvvələr sel sularında itkin düşən 5 nəfərin fasiləsiz axtarışlarını davam etdirir.

Qeyd edək ki, Giresunun Dereli rayonunda avqustun 22-i yerlii vaxtla saat 15.00-dan başlayan leysan yağışları nəticəsində Aksu çayı daşaraq sel və sürüşmə fəlakətinə səbəb olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə