Daha 124 nəfər koronavirusa yoluxub Ermənistanda

Daha 124 nəfər koronavirusa yoluxub Ermənistanda

Ermənistanda son sutka ərzində daha 124 nəfər koronavirusa (COVID-19) yoluxub. SİA-nın verdiyi məlumata görə, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 43 750 nəfərə yüksəlib. Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, pandemiya qurbanlarının sayı 877 nəfərə çatıb. Koronavirusa yoluxmuş, digər xəstəliklərdən ölənlərin sayı 267 nəfərdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə