Çində ölənlərin sayı 29-a çatıb

Çində ölənlərin sayı 29-a çatıb

Çinin Şansi əyalətində ikimərtəbəli restoranın çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb. SİA-nın verdiyi məlumata görə, hadisə avqustun 29-da Linfen şəhərinin Çencuan kəndində 80 yaşlı sakinin ad günü mərasimi zamanı baş verib.

Axtarış işlərinin yekunu olaraq dağıntılar altından 29 meyit tapılıb, 7-si ağır olmaqla 28 nəfər yaralı vəziyyətdə çıxarılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə