ABŞ-da "Laura" qasırğası qurbanlarının sayı 14-dən 16-ya yüksəlib

ABŞ-da "Laura" qasırğası qurbanlarının sayı 14-dən 16-ya yüksəlib

ABŞ-ın Luiziana və Texas ştatlarında "Laura" qasırğası qurbanlarının sayı 14-dən 16-ya yüksəlib.

SİA xəbər verir ki, daha iki nəfərin ölümü barədə Luiziana səhiyyə idarəsi məlumat verib.

Bildirilib ki, 84 yaşlı kişi və 80 yaşlı qadın həlak olub: "Ölüm səbəbi elektrik generatordan düzgün istifadə etməməsi səbəbindən dəm qazından zəhərlənmə olub".

"Associated Press" agentliyi bundan əvvəl fəlakətin 14 qurbanı olduğunu bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə