İranın şimalında 4,3 bal gücündə zəlzələ baş verib

İranın şimalında 4,3 bal gücündə zəlzələ baş verib

İranın şimalında yerlәşәn Səmnan vilayәtinin Damğan şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.

SİA-nın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 23:31, 10 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə