Berlin polisi koronavirus məhdudiyyətlərinin ləğvinə görə keçirilən yürüşü dağıdıb
Berlin polisi şənbə günü Almaniyanın paytaxtında koronavirusa qarşı məhdudiyyətlərə etiraz olaraq keçirilən icazəsiz yürüşü dağıdıb.
SİA "dw.com" saytına istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin “Twitter” hesabında məlumat yerləşdirilib.
Bildirilib ki, yürüş iştirakçıları karantin rejiminin qaydaların kobud şəkildə pozub: "Təəssüf ki, başqa seçimimiz yoxdur. İnsanların təhlükəsizlik şərtlərinə əməl etmədiklərinə görə bu addımı atmaq məcburiyyətində qaldıq”.
"TASS" agentliyinin məlumatına görə, polisin müdaxiləsi zamanı 300-dən çox etirazçı saxlanılıb. Ümumilikdə aksiyaya 38 min nəfərin qatıldığı bildirilib. Asayişin bərpasına 3 mindən çox polis əməkdaşı cəlb edilib.
Qeyd edək ki, analoji etirazlar aksiyaları Avropanın bir çox paytaxt şəhərlərində - Parisdə, Londonda və s. keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB