Ermənistanda koronavirusdan ölənlərin sayı 870-i ötdü

Ermənistanda koronavirusdan ölənlərin sayı 870-i ötdü

Ermənistanda daha 175 nəfərdə koronavirus aşkarlanıb. Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 43 626-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 872-yə çatıb. İndiyədək 37 563 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 4 925 aktiv koronavirus xəstəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə