Kanada hökuməti xarici vətəndaşların ölkəyə girişinə qoyulan qadağanın müddətini uzadıb

Kanada hökuməti xarici vətəndaşların ölkəyə girişinə qoyulan qadağanın müddətini uzadıb

Kanada hökuməti pandemiya ilə əlaqədar xarici vətəndaşların ölkəyə girişinə qoyulan qadağanı sentyabrın 30-dək uzadıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ictimai təhlükəsizlik və fövqəladə hallara hazırlıq naziri Vilyam Bler məlumat verib.

"Hökumətimiz Kanadaya beynəlxalq səyahətlərə aid mövcud məhdudiyyətləri daha bir ay - sentyabrın 30-dək uzadır", - nazir "Twitter" səhifəsində yazıb.

Qadağa ilk dəfə martın 16-da tətbiq edilib, iyulun 1-dək qüvvədə olub və bir neçə dəfə uzadılıb. Tədbir ABŞ-dan Kanadaya və əksinə nəqliyyat edən yük daşımaları həyata keçirən sürücülərə, həkimlərə və bir sıra digər vətəndaşlara şamil edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə