Bombalı hücum: 13 nəfər öldü - Əfqanıstanda

Bombalı hücum: 13 nəfər öldü - Əfqanıstanda

Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində ardıcıl iki bombalı hücumda 13 mülki şəxs həyatını itirib, 3 nəfər yaralanıb. SİA-nın məlumatına görə, vilayət qubernatorluğunun sözçüsü Bahir Əhmədi Qəndəharın Spin Buldak bölgəsində yol kənarındakı bombaların ərazidən mülki şəxsləri daşıyan iki maşının keçdiyi zaman ardıcıl olaraq partladıldığını bildirib.

Əhmədi, həyatını itirənlərdən 3-nün uşaq olduğunu deyib.

Hücuma görə məsuliyyəti hələ heç kim öz üzərinə götürməyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə