Rusiya ilə Norveç arasında diplomatik gərginlik yaranıb

Rusiya ilə Norveç arasında diplomatik gərginlik yaranıb

Rusiya norveçli diplomatı ölkədən deportasiya edəcək. SİA xəbər verir ki, bu addımı Rusiya Norveç hökumətinə cavab olaraq atıb.

Rusiyanın Xarici İşlər Nazirliyi Norveçin rusiyalı diplomatı deportasiya etməsi ilə əlaqədar rəsmi Moskvanın da eyni addımı atacağını açıqlayıb. Belə ki, Moskva şəhərindəki Norveç səfirliyində müşavir kimi fəaliyyət göstərən Jan Fletenin deportasiya ediləcəyi bildirilir.

Belə ki, 18 avqust tarixində Norveçdə fəaliyyət göstərən rus diplomat "persona non qrata" (arzu edilməyən şəxs) elan edilərək ölkədən deportasiya edilib. Rusiya hökuməti Norveçin bu addımının dostluq münasibətlərinə xələl gətirdiyini açıqlayıb. Bununla əlaqədar Norveçin Moskvadakı səfiri Rune Resaland Xarici İşlər Nazirliyinə dəvət edilib və buna qarşılıq olaraq norveçli diplomatın da Rusiyadan deportasiya ediləcəyi bildirilib.

Həmçinin, Norveç hökuməti tərəfindən Rusiyaya göstərilən dağıdıcı münasibətin qaçılmaz olaraq ikitərəfli münasibətlərə mənfi təsir edəcəyi vurğulanıb. Nazirlik, bu siyasətin nəticələrindən Norveç hökumətinin cavabdeh olacağını elan edib.

Qeyd edək ki, 17 avqustda Osloda bir Norveç vətəndaşı Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilnərək saxlanılıb. Daha sonra Norveç Xarici İşlər Nazirliyi ölkədə xidmət göstərən rus diplomatı deportasiya etmək qərarına gəlib.

Norveç bir rus diplomatı tutduqdan və diplomatın statusunu pozduqdan sonra Rusiya Osloya etiraz notası göndərmişdi.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə