Çində yanvar ayından bu günə qədər koronavirus pandemiyası ilə əlaqədar 5800-ə yaxın şəxs həbs edilib. SİA xəbər verir ki, ittihamlar içərisində səhiyyə işçilərini öldürmək, qüsurlu tibbi ləvazimatları satmaq və səyahət tarixi haqqında yalan məlumat vermək kimi cinayətlər var.
Çinin Ali Xalq Prokurorluğunun verdiyi məlumata əsasən, yanvar-iyul ayları ərzində 5 min 797 adam həbs olunub və 6 min 755 nəfər müxtəlif cinayətləri törətməkdə mühakimə olunub. Digər tərəfdən həbs edilən, lakin, cəzaları dəqiqləşdirilməyən şəxslərlə bağlı hələ ki, məlumat verilmir.
Təqsirləndirilən şəxslər arasında maskasını taxmadığına görə müştərisini döyərək öldürən supermarket sahibi, qəsdən nəqliyyat vasitəsini səhiyyə işçilərinin üstünə sürən şəxs və hərarətini ölçən tibb müfəttişini bıçaqlayan şəxs də var. Koronavirus xəstələrinə maddi yardım göstərəcəyini bildirərək pul yığan bir çox insan da cəzayə məhkum edilib.
Qeyd edək ki, Çində epidemiya səbəbindən bu günə qədər 4715 nəfər həyatını itirib və ümumi yoluxmaların sayı 89 min 814 nəfərə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB