Ermənistanda daha 181 nəfərdə koronavirus aşkarlanıb. SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Beləliklə Ermənistanda virusa yoluxanların sayı 43 min 451 nəfərə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 869 nəfərə çatıb. İndiyədək 37 min 264 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 5052 aktiv koronavirus xəstəsi var.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB