Dünya üzrə COVID-19-a yoluxanların sayı 25 milyona çatıb. SİA "Worldometers"ə istinadən xəbər verir ki, dünya üzrə virusa yoluxanların sayı 24 milyon 635 min 698 nəfərdir.
Dünyada COVID-19-dan 835 min 679 nəfər dünyasını dəyişib. Bu günə qədər 17 milyon 96 min 675 nəfər isə virusadn sağalıb.
Hazırda, 6 milyon 641 min 944 nəfərin vəziyyəti orta ağırdır. 61 min 400 nəfərin vəziyyəti isə ağırdır.
Virusa yoluxmaların çoxluğuna görə ABŞ ilk sırada gəlir. Həmçinin, ABŞ-dan sonra ardıcılıqda Braziliya, Hindistan, Rusiya, Peru, Cənubi Afrika, Kolumbiya, Meksika, İspaniya, Çili, Argentina, İran, İngiltərə, Səudiyyə Ərəbistanı, Banqladeş, Pakistan, Türkiyə, İtalya ve Fransada yolxumaların sayı çoxluq təşkil edir.
Ən çox ölüm halı isə ilk sırada ABŞ olmaqla, Braziliya, Meksika, Hindistan, İngiltərə, İtalya, Fransa, İspanya, Peru, İran, Kolumbiya, Rusiya, Cənubi Afrika və Çilidə qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB